Yerli mobil operatorun “3G” xidmətlərindən artıq bütün metro stansiyalarında yararlanmaq mümkündür
“Nar Mobile”-ın yeraltı şəbəkəsi artıq bütün metro stansiyalarını əhatə edir. Abunəçilər mart ayında yalnız “Sahil”, “Nizami” və “28 May” metro stansiyalarında qeyd olunan “2G/3G” rabitədən istifadə edirdilərsə, artıq hazırda həmin metro stansiyalarının sayı 22-ə çatdırılıb, tunellərin isə 25%-i “3G” şəbəkəsi ilə təmin olunub.
Qalan tunellər rabitə xidməti ilə ilin sonuna kimi təmin olunacaq. Bununla da abunəçilər metroda hərəkət etdikləri vaxtda da zəng, SMS, internet, TV və digər xidmətlərdən rahat şəkildə istifadə edəcəklər.
Qeyd edək ki, 2012-ci ilin əvvəlindən “Nar Mobile” Azərbaycanın metro stansiyalarında ilk dəfə olaraq “3G” xidmətlərinin tətbiqinə başlayıb.
Şirkətin Biznesin İnkişafı və Kommunikasiya şöbəsinin icraçı direktoru Leyla Nəsrullayeva bildirib ki, hazırda “Nar Mobile” “3G” mobil rabitə xidmətlərini saniyədə 15 mb sürəti ilə göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL