waplog

Sərt disklərin tutumu heliumun sayəsində artacaq


“Western Digital” şirkətinin təqdim etdiyi sərt diskin daxilindəki fəza heliumla doldurulub. Yeni texnologiya sərt diskin tutumunu artırmağa və enerji sərfiyyatını azaltmağa imkan verəcək. Yeni tip sərt disklər bazara artıq 2013-cü ildə çıxarılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, sərt diskin tutumunun artırılması və enerji sərfiyyatının azalması heliumun sıxlığının hava ilə müqayisədə 7 dəfə aşağı olması ilə bağlıdır. Heliumla doldurulmuş sərt diskin hermetik olması sayəsində onun daxilinə toz və çirk düşməyəcək və beləliklə, sərt diskin işləmə müddəti uzun olacaq. Sərt diskin orta temperaturunun aşağı düşməsi nəticəsində iş zamanı çıxan səs-küyün səviyyəsi də azalacaq.

Yeni texnologiya sayəsində sərt disklərin tutumunu 40 faiz, enerji sərfiyyatını isə 23 faiz azaltmaq olar. Yeni daşıyıcıların ilk növbədə serverlərdə istifadə ediləcəyi güman edilir.
 


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL