waplog

Dünyanın ən bahalı brendi məlum oldu


“Apple” korporasiyasının ticarət markası 100 milyard avro dəyərində qiymətləndirilir və dünyada ən bahalı brenddir. “Eurobrand” ekspert agentliyinin tərtib etdiyi reytinq buna sübutdur. Müqayisə üçün, reytinqdə ikinci yerdə qərarlaşmış “Coca-Cola” ticarət markası 60 milyard dollar, “Microsoft” (3-cü yer) 54 milyard dollar, “IBM” (4-cü yer) 53 milyard, “Google” (5-ci yer) 50 milyard dollar dəyərində qiymətləndirilir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, onluğa, yuxarıda qeyd edilmiş şirkətlərdən savayı, həmçinin “Philip Morris”, “Procter & Gamble”, “McDonald's”, “Johnson & Johnson” və “AT&T” də daxildir. “AT&T” istisna olmaqla digər ticarət markalarından heç birinin dəyəri azalmayıb.
Reytinqə ilk dəfə olaraq “Facebook” şirkəti də daxil edilib. Mütəxəssislər sosial şəbəkənin dəyərini 11.5 milyard avro dəyərində qiymətləndiriblər və o, 74-cü yerdə qərarlaşıb.

Amerikanın “Hewlett-Packard” şirkətinin ticarət markasının dəyəri isə azalıb. Onun brendi 28.3 faiz azalaraq 16 milyard avro təşkil edib. Şirkət reytinqdə 24-cü yerdən 44-cü yerə yuvarlanıb.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL