“Oracle” hesabat verib
“Oracle” korporasiyası bildirib ki, 2013-cü maliyyə ilinin birinci rübündə onun fəaliyyəti aparat təminatının satış həcminin azalması, “bulud” xidmətlərinə keçidlə əlaqədar xərclərin artması, həmçinin dolların məzənnəsinin möhkəmlənməsi fonunda proqnozlardan aşağı olub.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabat rübündə “Oracle”-ın satış həcmi 2,3 faiz azalaraq 8,18 milyard dollar, şirkətin əməliyyat mənfəəti isə 1 səhm üçün 53 sent təşkil edib.
Birinci maliyyə rübündə şirkətin xalis mənfəəti 11 faiz artaraq 2603 milyard dollar təşkil edib. Aparat seqmentində şirkətin satış həcmi isə 779 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz aşağıdır. "Faktiki azalma proqnozdan çoxdur və bu o deməkdir ki, şirkətin aparat biznesini dəstəkləməklə bağlı dəqiq planı yoxdur" – “UBS” bankının analitiki Brent Till bildirib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL