waplog

İsveçrədə qeyri-adi superkompyuter yaradılır


İsveçrənin Luqano şəhərində yerləşən “CSCS” Milli superkompyuter mərkəzində 2013-cü ilin əvvəlində “Cascade” adlı  yeni superkompyuteri istismara veriləcək. Superkompyuterin yaradılması ilə 25 illik superkompyuter təcrübəsinə malik olan “Cray” şirkəti məşğul olur.

“Cray” şirkətindən verilən məlumata görə, bu superkompyuter bir neçə səbəbdən maraqlıdır. Birincisi, bu maşında birinci dəfə olaraq “Aries” interkonnekti istifadə ediləcək. Bu, maşının qovşaqlarına  sürətli məlumat mübadiləsi etməyə imkan yaradır.

Həm də “Aries” əvvəlcədən məhz çoxaxınlı hesablamalar üçün optimallaşdırılıb.   İkincisi, bu maşında birinci dəfə  olaraq “PCI-Express 3.0” kontrollerləri ilə olan “İntel Xeon E5” çipləri istifadə ediləcək. Bu, prosessorların kompyuterin digər alt sistemləri ilə məlumat mübadiləsi zamanı işini sürətləndirir. Üçüncüsü və ən əsası kompyuter su vasitəsilə soyudulacaq.“Cray” şirkətindəki mənbələrin məlumatına əsasən, maşının pik məhsuldarlığı 750 petaflop/san təşkil edəcək.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL