waplog

Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində onlayn seminar keçirilib


“Azercell Telekom” MMC, “Barama” İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Elm və Texnologiya Sahibkarlığı Proqramını (ETSP) davam etdirir. Proqramın əsas məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və cari bazar problemlərinə innovativ həllər axtarmaq, Azərbaycanda texnologiya sahibkarlığının dəstəklənməsidir.

Proqram çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarının layihəsini təqdim edərək, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. Artıq proqramın yarımfinalında iştirak edəcək 25 komanda müəyyən olunub. Hazırda onlar final mərhələsinə çıxmaq üçün layihələrinə dair müvafiq tapşırıqların yerinə yetirilməsi ilə məşğuldur.

“ICTnews” elektron xəbər xidmətinin “Barama” İnnovasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində “Barama” və “CRDF Global” təşkilatı tərəfindən iştirakçılar üçün “Biznes planın yaradılması və təqdim olunması” mövzusunda vebinar (onlayn seminar) keçirilib. Vebinarda “CRDF Global” tərəfindən Texnoloji İnnovasiyalar və Layihə İdarəolunması üzrə ekspert, professor Yevgeni İvanov çıxış edib. 

Tədbirdə biznes planın yaradılması qaydaları, investorların diqqətini çəkən məqamlar haqqında söhbət açılıb. Ekspert E. İvanov öz təcrübəsini iştirakçılarla paylaşıb. Təqdimat zamanı iştirakçılar ekspertə öz layihələrinin biznes planı üzrə suallar ünvanlayıblar.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL