waplog

“Azercell” “Facebook”dakı aktiv fəaliyyətinə görə “Socially Devoted” sertifikatına layiq görülüb


“Azercell Telekom” MMC-nin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb. Sosial medianın  monitorinqini keçirən nüfuzlu “Socialbakers” tədqiqat mərkəzi  bu fəaliyyətinə görə mobil operatoru xüsusi sertifikata layiq görüb.

ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin aprel-iyun aylarında “Azercell” şirkəti rəsmi “Facebook” səhifəsində istifadəçilərin verdiyi sualların 89,66 faizini cavablandırıb. Bu aktivliyinə görə şirkət “Socialbakers” tərəfindən “Socially devoted” sertifikatına layiq görülüb.

Azərbaycanın mobil bazarında liderlik edən “Azercell” hər bir sahədə üstün olmağa, abunəçilərinə son texnologiyalara əsasən müxtəlif onlayn xidmətlər təklif edir. Bir neçə ildir ki, Azərbaycanda ən populyar sosial şəbəkə olan “Facebook”da “Azercell”in rəsmi səhifəsi fəaliyyət göstərir. Burada “Azercell”in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

Şirkət sosial şəbəkə istifadəçiləri üçün  müxtəlif müsabiqələr, əyləncəli viktorinalar, müxtəlif aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur. “Facebook” səhifəsində həm də şirkətin keçirdiyi müxtəlif mədəni layihələrə biletlər qazanmaq mümkündür.

Onu da qeyd edək ki, regionda ilk dəfə olaraq məhz “Azercell” öz “Facebook” səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlandıran suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL