waplog

“Microsoft” şirkəti ilə saziş imzalanıb


“Microsoft” şirkəti ilə rəsmi saziş imzalanıb. Saziş ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəlikləri əhatə edir. Sazişə əsasən, bütün hökumət idarələrində lisenziyalaşdırılmış proqram təminatından istifadə təmin ediləcək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Microsoft” şirkəti ilə imzalanan bu sazişin Azərbaycan üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük bir addım hesab edir. “Bu Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir.”
“Microsoft Azərbaycan” şirkətinin Baş Meneceri Teymur Axundov bildirib ki, gclü iqtisadi inkişafına görə regionda özünəməxsus qabaqcıl mövqeyə malik olan Azərbaycan təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan uzaqlaşaraq ən son innovativ texnologiyalardan faydalanan bir iqtisadiyyat qurmaq niyyətindədir. “
“Microsoft” şirkətinin vitse-prezidenti Robert MakDauel hesab edir ki, “bu saziş qarşıdan gələn illərdə Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradacaq”.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL