Distant təhsillə bağlı layihəyə xarici ölkələrdən də şagirdlər cəlb ediləcək
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, formal təhsil qanunvericilikdə müəyyən edilən əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. Ümumtəhsil pilləsi üzrə bu, ibtidai təhsil səviyyəsində əyani, ümumi və tam orta təhsil səviyyəsində əyani və sərbəst (eksternat) formasında tətbiq edilir. Həmçinin ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir.
Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili əyani və ya distant formada təşkil edilir. “ICTnews” elektron xəbər xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BSTİ) bildirilib ki, formal təhsil Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanan təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur. Həmçinin formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir. Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur: “Artıq bu sahədə Bakının 20 saylı məktəb-liseyində bir sıra işlər görülür.
Bu məqsədlə 219 saylı orta məktəbin müəllimləri də 20 saylı məktəb-liseydə aparılan işlərə cəlb olunub. Cari tədris ilində də bu sahədə işlərin davam etdirilməsi və sözügedən layihənin əhatə dairəsinin genişləndirilməsi gözlənilir. Layihəyə xarici ölkələrdən də şagirdlər cəlb ediləcək”.
Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan Tədris Mərkəzi yüksəksürətli fiber-optik internet və internat bağlantıları ilə təchiz olunacaq. Müxtəlif təlim vasitələri əsasında müəllim, şagird və valideynlər üçün yeni təlimlər keçiriləcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL