Rabitə və nəqliyyat sektoruna 396.9 mln. manat kredit qoyuluşu həyata keçirilib
Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi artıb. Son yeddi ayda ölkəmizdə sənaye və istehsal sektoruna 660 milyon manatdan çox kredit qoyulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Mərkəzi Bank xəbər yayıb. Xəbərdə bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2 % çoxdur.
Həmçinin, bu müddətdə inşaat və əmlak sektoruna kredit qoyuluşu da ilin əvvəlindən 18%-dək artaraq 1,029 mlrd. manat olub. Qeyd edək ki, bu müddətdə iqtisadiyyata cəmi kredit qoyuluşu 10,826 mlrd. manat təşkil edib.
Bunun isə 2816.2 mln. manatı ticarət və xidmət sektoruna, 282.9 mln. manatı energetika, kimya və təbii ehtiyatlar, 505.6 mln. manatı kənd təsərrüfatı və emal, 1029.6 mln. manatı inşaat və əmlak, 660.2 mln. manatı sənaye və istehsal sektoru, 396.9 mln. manatı nəqliyyat və rabitə, 3833.8 mln. manatı ev təsərrüfatları, 181.3 mln. manatı maliyyə sektoruna qoyulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL