“Sony” smartfon və planşetlər üçün xarici batareyalar istehsal edəcək
“Sony” smartfon və planşetlər üçün xarici yastı batareyalar istehsal edib. İstehsalçı bildirib ki, tətbiq edilmiş texnologiya şirkətin mühəndisləri tərəfindən hazırlanıb və ilk dəfə istifadə olunur. Təqdim edilmiş modellər arasında 7000 milliamper/saat tutumlu batareya var. Onun çəkisi 198 qram, ölçüsü 130,6 × 70,4 × 12,9 millimetr təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, batareyaların profili müasir smartfonların formalarına uyğundur. Bu, qurğuları birlikdə saxlamağa imkan verir.
Yeniliklər Yaponiya ərazisində satışa oktyabrın 13-14-də çıxarılacaq. Qurğular daha sonra digər ölkələrə tədarük olunacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL