waplog

Məlumatları 100 milyon il saxlamaq mümkün oldu


"Hitachi" şirkətinin tədqiqat bölməsi məlumatların saxlanılması üçün yeni həll təqdim edib: sahəsi 2 kvadrat santimetr və qalınlığı 2 millimetr olan kvadrat şüşə. O, 40 meqabayt informasiyaya qədər saxlaya bilər. Yenilik məlumatın 1 kvadrat düymdə sıxlığı baxımından, demək olar ki, "CD" ilə uyğundur.

"Hitachi" şirkətindən verilən məlumata əsasən, məlumatlar lazer nöqtələri vasitəsilə ikilik formatda yazılır. Mühəndislər bildiriblər ki, şüşəyə heç bir problem olmadan əlavə qat əlavə edərək  informasiya yazısının sıxlığını artırmaq olar.

"Hər gün yaradılan məlumatların tutumu daim artır və hazırda informasiyanı ən az  bir-iki nəsil üçün saxlaya biləcək həll yoxdur. Son zamanlar məlumatların uzunmüddətli saxlanılması problemi yaranıb. Müasir "CD"-lər və lent sistemləri məlumatları ən yaxşı halda bir neçə onillik üçün saxlaya bilər və əksər hallarda onlar məlumatları 10 ildən artıq saxlaya bilmirlər" – "Hitachi" şirkətinin mühəndisi Kasioşi Tori bildirib.

Onun sözlərinə görə, yeni sistem kvars şüşəni 2 saat ərzində 1000 dərəcəyə qədər nazik lazerlə qızdırdıqdan sonra bu daşıyıcı üçün nə radiasiya, nə su, nə də kimyəvi preparatların əksəriyyəti problem deyil. Yazılmış məlumatları isə hətta 100 milyon ildən sonra belə oxumaq olar.

 "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "kvars şüşə məlumatları siz onu fiziki olaraq məhv etməyənə kimi saxlayacaq" – Tori bildirib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL