Azərbaycanlı şagirdlər ilk dəfə olaraq “3D” formatında dərs keçəcəklər
Azərbaycanlı şagirdlər ilk dəfə olaraq “3D” formatında dərs keçəcəklər.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) sentyabrın 25-də bununla bağlı “3D” formatlı kabinetin təqdimatını keçirib. Bakı şəhər 18 saylı orta məktəbdə təşkil edilən bu yenilik hazırda “Biologiya” fənninin tədrisində istifadə edilir. Məktəbin direktoru Vaqif Hüseynlinin sözlərinə görə, “3D” görüntülü bu kabinet hazırda 6-9-cu sinif şagirdləri üçün nəzərdə tutulub: “Gələcəkdə 10-11-ci sinif şagirdləri də bu kabinetdəki texnologiyadan yararlana biləcəklər. “3D” texnologiyası tədrisin daha yaxşı təşkil olunmasına imkan verir. Gələcəkdə “Fizika”, “Kimya”, “Coğrafiya” fənlərinin tədrisində də bu texnologiyanın tətbiqi planlaşdırılır”.
Tədbirdə iştirak edən Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin (Tİİİ) rəisi Samir Məmmədov layihənin sınaq olaraq həyata keçirildiyini vurğulayıb. “3D” formatlı kabinetlərin əhatə dairəsinin genişləndirilərək, digər təhsil müəssisələrində də tətbiqi sözügedən layihənin nəticələrindən asılı olacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL