waplog

“Apple” öz rekordunu yenilədi, Stiv Cobs operativ nəzarəti Tima Kuka həvalə etdi


“Apple” şirkəti rüblük gəlir və qazanc üzrə şəxsi rekordlarını yeniləyib. “Associated Press”in məlumatına görə, maliyyə ilinin üçüncü rübündə “Apple” şirkətinin nağd gəliri 7,31 milyard dollar təşkil edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Maliyyə ilinin üçüncü rübündə “Apple” şirkətinin qazancı 28,6 milyard dollar təşkil edib. Beləliklə, keçən ilin analoji dövrü ilə müqayisədə şirkətin qazancı 82 faiz artıb. Analitiklər üçüncü rüb ərzində “Apple” şirkətinin qazancının yalnız 24,8 milyard dollar təşkil edəcəyini gözləyirdilər. “Apple” şirkəti “iPhone” telefonları və “iPad” planşetlərinin satışlarının artması hesabına rekord göstəricilərə nail ola bilib. Şirkət üçüncü rübdə 20,3 milyon telefon satıb. Bu isə analitiklərin proqnozlarından 1 milyon çoxdur.
Üçüncü rübdə 9,25 milyon planşet qurğu satılıb. 2010-cu ilin aprel ayında, “Apple” şirkəti 29 milyon birinci və ikinci nəsil “iPad” satıb. Digər “Apple” məhsullarına tələbat elə çox olmayıb. Belə ki, “Mac” kompyuterlərinin satışları keçən ilin analoji dövrü ilə müqayisədə yalnız 14 faiz artaraq 3,95 milyon olub. Bu məhsul seqmentində rüblük artım 2 il ərzində ən aşağı göstərici olub. “Apple” şirkəti “Mac” kompyuterləri satışlarındakı problemi istehlakçıların “iPad” planşetlərinə keçməsi ilə izah edib.
“İPad” pleyr satışları enməyə davam edib. Üçüncü rübdə 7,5 milyon belə qurğu satmaq mümkün olub, bu göstərici isə keçən illə müqayisədə 20 faiz aşağıdır. “Apple” ikinci rübdə 9 milyon pleyr satıb. Qeyd edək ki, 2011-ci ilin yanvar ayında Stiv Cobs bildirib ki, şirkətin rəhbəri olaraq qalır, lakin operativ fəaliyyəti üzərində nəzarəti Tima Kuk həyata keçirəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL