waplog

MTRŞ özəl telekanala xəbərdarlıq edib


Cari ilin 24 sentyabr tarixində Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinin Şuraya istinadən verdiyi məlumata görə,  iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən ANS Müstəqil Yayım və Media Şirkətinə xəbərdarlıq elan edilib.







CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL