waplog

“NASA” alimləri meteoroloji tədqiqatlar üçün hərbi uçuş aparatlarından istifadə edirlər


“NASA” alimləri tropik fırtınaların tədqiqində irəliyə doğru nəzərəçarpacaq addım atıblar. “Global Hawk” seriyasından olan iki təyyarə hərbi ehtiyaclar üçün hazırlanmışdı, lakin sonradan onları meteoroloji tədqiqatlar üçün uyğunlaşdırdılar.

“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, aparatlar bütöv datçik dəsti ilə təchiz edilib və bu, onlara temperaturu, təzyiqi və rütubətin səviyyəsini ölçməyə imkan verir. Bundan əlavə, “Global Hawk” təyyarələri fırtınaların fotolarını yüksək keyfiyyətdə çəkir.

Aparatlar bu il artıq Nadin fırtınasının mərkəzi Atlantika üzərində yaranma prosesini tədqiq ediblər.
İndiyə qədər fırtınaların yaranma mərhələsinin tədqiqi alimlər üçün çətin sual olaraq qalırdı. Hazırda onlar bu hadisələri müşahidə etmək və onların nəticələrinin minimuma endirilməsi üçün daha çox məlumata malik olacaqlar.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL