“Sharp” şirkəti 10 min insanı işdən azad edəcək
Yaponiyanın elektronika istehsalçısı olan “Sharp” şirkəti 10 mindən çox işçisini ixtisar etmək niyyətindədir, həmçinin bir sıra zavodlarının satılması haqqında danışıqlar aparır. Şirkətdəki mənbələr bildiriblər ki, bu addımlar şirkətin gəlirliliyinin geri qayıtmasında yardımçı olmalıdır.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mənbələrin məlumatına görə, heyətin ixtisarı və televizor istehsalı üzrə zavodların satılması Meksika, Çin və Malayziyada planlaşdırılır. Həmçinin, Amerikanın “Recurrent Energy” günəş batareyaları istehsalçısını satmaq planlaşdırılır. Qeyd edək ki, şirkət ötən ayda 5000 insanı ixtisar edib.2012-ci il martın 31-nə olan məlumata əsasən, “Sharp” şirkətinin heyətinin ümumi sayı 56 756 insan təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL