Azərbaycan İT şirkəti “Təhsil və Karyera” sərgisində müasir texnologiyaları nümayiş etdirib
“SİNAM” şirkəti Azərbaycanda keçirilən 6-cı Beynəlxalq “Təhsil və Karyera” sərgisində iştirak edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan “Təhsil və karyera” sərgisi təhsil, dil vərdişlərinin təkmilləşdirilməsi, habelə peşə və karyera inkişafı istiqamətində regionun ən mötəbər tədbiridir.
“ICT news” elektron xəbər xidmətinin “SİNAM” şirkətinə istinadən verdiyi məlumata görə, şirkət bu sərgidə dünyanın qabaqcıl “Təhsil Prosesinin İdarə Edilməsi Sistemləri”ndən birini – “IMC” şirkətinin məhsulu olan “CLIX” proqramını nümayiş etdirib. “CLIX” sistemi yüksək nailiyyət əldə etmək üçün universitetlərin və digər müəssisələrin təlim-tədris fəaliyyətlərinin planlı surətdə reallaşdırılmasına imkan yaradır.
Şirkət tərəfindən sərgidə həmçinin “InterWrite” elektron lövhələri nümayiş etdirilib. “eInstruction” şirkətinin məhsulu olan “InterWrite” təqdimat avadanlığı komplektinə daxil olan bu elektron lövhələr dərsləri müasir standartlara uyğun tərzdə təşkil etməyə imkan verir. Qeyd etmək lazımdır ki, komplektə həmçinin “InterWrite Panel” planşet kompyuteri, “InterWrite PRS” interaktiv sorğu qurğusu və “InterWrite Software” proqram təminatı daxildir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL