“HD” planşetləri təqdim edildi
Amerikanın “Barnes & Noble” kitab mağazası büdcəyə uyğun “Nook HD” və “Nook HD+” planşetlərini təqdim edib. Onlar 2011-ci ildə istehsal edilmiş “Nook Tablet” qurğusunu əvəz edəcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hər iki planşet 1 QB əməli yaddaş, “Bluetooth” modulu və ikinüvəli prosessorla təchiz olunub və “Wi-Fi” şəbəkələrinə qoşula bilərlər. Qurğular “Android 4.0” əməliyyat sisteminin modifikasiya olunmuş versiyası ilə işləyirlər. Planşetin sahibləri “Google Play” proqram mağazasından istifadə edə bilməzlər; əvəzində onlara “Nook Apps”-dan proqram yükləmək təklif edilir.
“Nook HD” planşetində ekranın diaqonalı 7 düym, “Nook HD+” planşetində isə 9 düym təşkil edir. Birinci model 8 və ya 16 QB daxili yaddaş, ikinci model isə 16 və ya 32 QB daxili yaddaşla təchiz olunub.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL