waplog

Yaponlar bankomatlardan pulu ovucla çıxarda biləcəklər


Yaponiyada bank kartı ilə deyil, ovuc vasitəsilə işləyən birinci bankomatlar fəaliyyətə başlayıb. Bu barədə "Ogaki Kyoritsu” bankının dərc edilmiş  bəyanatında bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nağd pul çıxartmaq və ya hesaba pul daxil etmək üçün hesab sahibi sadəcə ovcunu “oxuyan” qurğuya  qoymalı, doğum tarixini və pin-kodu daxil etməlidir. Bunun üçün  banka biometrik məlumatlar haqqında əvvəlcədən bildirmək lazımdır.

"Ogaki Kyoritsu” bankının nümayəndələri iddia edirlər ki, belə aparatlar təbii fəlakətlər zamanı faydalı olacaq, çünki insan fövqəladə vəziyyətdə pulsuz və sənədsiz qala bilər. Bundan əlavə, yeni sistem müştərinin puluna icazəsiz müraciət hallarını aradan qaldırmaqda yardımçı olacaq.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL