waplog

2012-ci ildə şəbəkəyə qoşulmuş "ağıllı" qurğu satışlarının həcmi 1,2 milyard təşkil edə bilər


"IDC" şirkəti 2016-cı ilədək internetə qoşulmuş "ağıllı" qurğu satışları ilə bağlı proqnozunu elan edib.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "IDC" statistikasına stolüstü və portativ kompyuter, planşet, həmçinin smartfon tədarükləri daxildir.

Qiymətləndirmələrə görə, 2012-ci ilin ikinci rübündə "ağıllı" qurğu bazarının həcmi 267,3 milyon təşkil edib. Bu, rüblük hesablamada 2,8 faiz, illik hesablamada isə 27.4 faiz çoxdur. Satışların həcmi 131,5 milyard dollara bərabər olub. Bu göstərici 2011-ci illə müqayisədə 16,3 faiz çoxdur.

2012-ci ildə şəbəkəyə qoşulmuş "ağıllı" qurğu tədarüklərinin həcmi 1,2 milyard təşkil edəcək. Bu, 2011-ci illə müqayisədə təxminən 27 faiz çoxdur.
 






EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL