waplog

“TAİEX” layihələri üzrə seminar keçirilib


İqtisadi İnkişaf Nazirliyinin “Tvinninq”, “TAİEX” (Technical Assistance and Information Exchange) və “SİGMA” əməliyyatları üzrə Proqram İdarəetmə Qurumunun və Avropa İttifaqının “Azərbaycanda “Tvinninq”, “TAİEX” və “SİGMA” əməliyyatlarının tətbiqi (İTTSO) II” layihəsinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət qurumları üzrə “Tvinninq”, “TAİEX” və “SİGMA” alətləri ilə məşğul olan əlaqələndirici şəxslər üçün Azərbaycanda “TAİEX” alətinin tətbiqinə dair seminar keçirilib. Seminarda Avropa İttifaqının ekspertləri ilə yanaşı, ölkənin bir sıra dövlət orqanlarının nümayəndələri iştirak edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, seminarda Proqram İdarəetmə Qurumunun direktor müavini, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq  şöbəsinin müdir müavini Ruslan Rüstəmli Avropa İttifaqının “TAİEX” yardım aləti barədə məlumat verib.

Bildirilib ki, Proqram İdarəetmə Qurumunun həyata keçirdiyi tədbirlər nəticəsində “TAİEX” alətinə müraciətlərin sayı ildən-ilə artır. Belə ki, 2011-ci il ərzində dövlət orqanları Avropa Komissiyasına “TAİEX” üzrə 34 layihə ilə müraciət edib. 2012-ci ilin birinci yarısında isə Azərbaycan dövlət qurumları tərəfindən seminar, ekspert missiyası və təlim səfərləri keçirmək üçün edilmiş müraciətlərin 31-i qəbul edilib və qurumlar 20-dən çox “TAİEX” tədbirində iştirak ediblər.

Tədbirdə Avropa Komissiyasının Genişlənmə üzrə Baş Direktorluğunun İnstitusional quruculuq şöbəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Maria Luisa Sançez “TAİEX” alətinə dair prosedurlar. Ən yaxşı müraciət formasının hazırlanmasına dair praktiki nümunələr” mövzusunda təqdimatla çıxış edib. Seminarda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil etdikləri dövlət orqanları tərəfindən “TAİEX” aləti vasitəsilə həyata keçirilən layihə və proqramların icrası barədə məlumat veriblər.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL