ARM prosessorlarına tələbat artacaq
“iSuppli”nin proqnozlarına əsasən, 2012-ci ildə ARM arxitekturası ilə olan prosessorlar noutbuk bazarını ələ keçirməyə başlayacaq. “iSuppli”nin fikrincə, “Windows 8” əməliyyat sistemi çiplərin portativ kompyuter seqmentinə keçməsinə səbəb olacaq. Belə ki, “Windows 8” platforması “X86” mikroçip dəstəyi ilə yanaşı, ARM çiplərlə də uyğunluq əldə edəcək.
2012-ci ilin sonuna yaxın növbəti nəsil “ARM Cortex-A15” prosessorlarından istifadə edən ilk qurğuların hazırlanması gözlənilir. Bu məmulatlar 1-dən 16-ya kimi nüvədən ibarət olacaq. Takt tezliyi 1,0-2,5 QHz arasında dəyişə bilər. Qiymətləndirmələrə görə, növbəti il noutbuk seqmentində ARM prosessorların payı 3%-i ötməyəcək. Belə kompyuterlərin tədarükləri təxminən 7,6 milyon təşkil edəcək. Lakin artıq onilliyin ortasına ARM arxitekturası ilə olan çiplər portativ fərdi kompyuter bazarının 22.9%-ni ələ keçirə bilər. Bu zaman tədarükün 74 milyona çatacağı bildirilir . Əgər bütövlükdə mobil bazara, planşetlər, netbuklar və başqa qurğular daxil olmaqla nəzər salsaq, onda indi ARM çiplərin payı təxminən 10% təşkil edir. Cari ilin sonuna proqnozlara görə, bu göstərici 15%-ə qədər artacaq və 2015-ci ildə isə 50%-i ötəcək.
hard.compulenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL