Ən nazik xarici disk istehsal edilib
“ADATA” şirkətinin təqdim etdiyi “DashDrive Elite HE720” modelinin qalınlığı 8,9 millimetr (mm) təşkil edir. Məlumat üçün qeyd edək ki, “Toshiba” şirkətinin bu yaxın günlərdə təqdim etdiyi daşıyıcının qalınlığı 9 mm təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “DashDrive Elite HE720” daşıyıcının qiyməti 90 dollar, “Toshiba Canvio Slim”-in qiyməti isə 115 dollar təşkil edir. Hər iki modelin oxşar texniki xüsusiyyətlərə (500 QB tutum, “USB 3.0” interfeysi və təxminən eyni ölçülərə malikdirlər) malik olmasına baxmayaraq, daşıyıcıların qiyməti arasında 25 dollarlıq fərq mövcuddur.
Hər iki qurğu yalnız tərtibat baxımından fərqlənir. “Toshiba” şirkətinin sərt diski qara korpusda istehsal edilib. “ADATA”-nın daşıyıcısı isə polad korpusla təchiz olunub. Bundan əlavə, “the DashDrive Elite HE720” daşıyıcısının üstündə bonus kimi 3 illik zəmanət və 60 günlük lisenziya ilə “Norton Internet Security” antivirusu təklif olunur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL