waplog

Tezliklə informatika olimpiadalarına start veriləcək


Bir neçə gündən sonra informatika olimpiadalarının məktəbdaxili, daha sonra şəhər turlarına start veriləcək. Şagirdləri olimpiadaya hazırlaşdırmaq üçün informatika müəllimləri “e-olimp.az” saytından istifadə edə bilərlər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə ümumtəhsil müəssisələri üçün nəzərdə tutulan “İnformatika” dərsliyinin həmmüəlliflərindən biri, informatika müəllimi, “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib.

Onun sözlərinə görə, sayt artıq Azərbaycan dilini dəstəkləyir: “Saytda olan bir çox məsələlər Azərbaycan dilinə tərcümə olunub. Saytın üstünlüyü onlayn yoxlama sisteminin olmasıdı. Müəllimlər məsələni yoxlamırlar. Belə ki, şagird ixtiyarı məsələni seçib, onun proqram kodunu redaktorda yığır, proqramı çalışdırır və nəhayət, sayta göndərir. Onlayn sistem həmin tapşırığı testlər vasitəsilə yoxlayır. Əgər proqram testlərdə özünü normal göstərirsə, onda istifadəçiyə müvafiq məlumat göndərilir”.

Qeyd edək ki, sözügedən saytda proqramlaşdırma ilə məşğul olmaq istəyən, eləcə də informatika üzrə müxtəlif müsabiqələrə hazırlaşan şagirdlər üçün nəzərdə tutulan “Həftə ərzində beşlik” layihəsi də bu tədris ilində davam etdirilir. Layihənin ideoloji strukturu saxlanmaqla, onun bir qədər də təkmilləşdirilməsi və daha yüksək səviyyədə təşkili nəzərdə tutulub.

Verilən tapşırıqlar həftə ərzində tədricən mürəkkəbləşdiriləcək. Növbəti mövzu üzrə materialla bağlı çətinliklərlə qarşılaşanlar əvvəlcə cari “Beşlik”dən qismən ilk tapşırığın həllinə, daha sonra həftənin mövzularından bir neçə tapşırığın müstəqil seçilərək həllinə cəhd göstərməlidirlər. Bunu saytın əsas menyusundan müvafiq ardıcıllıqla seçmək olar. Belə ki, “Tapşırıq siyahısı”, “Təsnifat”a keçid etdikdən sonra istənilən mövzunu seçmək mümkündür”.

 “Həftə ərzində beşlik” layihəsi üzrə növbəti yenilik müsabiqənin başlanmasına qədər orada təklif olunacaq mövzular üzrə nəzəri faktların təqdim edilməsidir. Həmçinin bəzi baza alqoritmlərinin və ya hissələrinin təqdimatı da nəzərdə tutulur. Layihənin sonunda istifadəçilərə alternativ həll yollarının təsvirini vermək üçün cəhdlərin göstərilməsi də tövsiyə edilir: “Adi tapşırıqların həllindənsə, bu zaman bacarıqların daha yaxşı, mükəmməl inkişaf etdirilməsi mümkündür. İstifadəçilər tərəfindən verilmiş ən maraqlı təhlillər müəllifliyi göstərilməklə əsas təhlillər bazasına yerləşdiriləcək. Layihə çərçivəsində iştirakçılara bu sahədə daha təcrübəli tenderlərlə təcrübə mübadiləsinə şərait yaradılması da planlaşdırılır”.

Qeyd edək ki, proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlər özləri də müstəqil olaraq, “e-olimp.com” saytından hərtərəfli faydalana bilərlər: “Şagirdlər özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərirlər. Artıq saytda 400 məsələ istifadəçilər üçün Azərbaycan dilinə tərcümə də edilib”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL