waplog

“Nokia” daha bir mühüm saziş imzaladı


Finlandiyanın “Nokia” korporasiyası kartoqrafiya və naviqasiya xidmətlərinin istifadə dairəsini genişləndirəcək. Bu məqsədlə “Oracle” proqram şirkəti ilə saziş imzalanıb və onun məhsullarına “Nokia Maps” xidməti daxil ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkəti “Oracle”-ın məhsullarından istifadə edən korporativ auditoriyaya çıxış əldə edərək “Google” ilə mübarizədə öz rəqabətə davamlılıq səviyyəsini yüksəldə biləcək. “Nokia” bundan əvvəl “Google Maps” xidmətinin istifadəsindən  imtina edən “Amazon”, “Groupon” və “Yahoo” internet-şirkətləri ilə müvafiq sazişlər imzalayıb.

Qeyd edək ki, “Nokia” şirkətinin “NAVTEQ” (“Nokia” bu şirkəti 2007-ci ildə 8,1 milyard dollara satın almışdı) ticarət markası ilə tanıdılan kartoqrafiya xidməti avtomobil sənayesində daxili naviqasiya sistemlərinin yaradılması üçün geniş şəkildə istifadə olunur. Son zamanlar “Nokia” şirkəti naviqasiya funksionalını “Windows Phone" platformasında işləyən smartfonlar daxil olmaqla, mobil qurğulara “daşıyıb”.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL