waplog

Qazaxda yerli sahibkarlar elektron xidmətlərlə bağlı məlumatlandırılıb


Yerli sahibkarların elektron xidmətlərlə bağlı məlumatlandırılması prosesi davam edir. İqtisadi İnkişaf Nazirliyi bu istiqamətdə növbəti tədbirini Qazax iqtisadi rayonunda həyata keçirib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər,

http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portalları haqda məlumatlandırılıblar. Portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, onlara “Ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda treninq keçirilib: “Treninqdə “Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları” mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin, Sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb”.

HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL