“Azneft”də yeni texnika və texnologiyaların mənimsənilməsi üçün kurslar təşkil olunub
Dünyamiqyaslı transmilli şirkətə çevrilməyi qarşısına məqsəd qoymuş ARDNŞ rəhbərliyi tərəfindən istehsalatın bütün sahələrində müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. O cümlədən şirkətin nəqliyyat parkı müasir və mürəkkəb texnikalar və avtomobillərlə yeniləşdirilir. Bu texnika və avtomobillərin istismarı və təmiri xüsusi bilik və təcrübə tələb edir.
“ICTnews” elektron xəbər xidmətinin “Azneft” İB-yə istinadən verdiyi məlumata görə, birliyin Nəqliyyat Departamentində çalışan mühəndis texniki və bilavasitə təmir prosesində iştirak edən işçilərin əksəriyyəti Sovetlər birliyi dövründə istehsal edilmiş nəqliyyat və xüsusi texnika vasitələri üzrə ixtisaslaşdıqlarından onların yeni texnika və texnologiyanı mənimsəmələri üçün biliklərinin artırılması vacibliyi yaranıb.
Bununla əlaqədar olaraq Nəqliyyat Departamentinin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, texnika elmləri namizədi Fərhad Çinar oğlu Eyyubov dəvət olunub və müvafiq kurslar, seminarlar təşkil edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL