Xarici işlər nazirinin müavini TASİM layihəsi ilə bağlı danışıqlar aparmaq üçün Nyu-Yorka gedir
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev cari ilin 1-2 oktyabr tarixlərində “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında səfərdə olacaq. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfər çərçivəsində Avropa İttifaqı üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL