Poçt şöbələrində monitorlar quraşdırılacaq
Yaxın gələcəkdə Bakının mərkəzi poçt şöbələrində monitorlar quraşdırılacaq. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Azərpoçt" MMC-dən bildirilib ki, bu monitor vasitəsilə müştərilər istədikləri xidmətlər barədə müfəssəl məlumatlar ala biləcək. İnnovasiya texnologiyası kimi Avropa texnologiyasından istifadə edilərək əsasən mərkəzi poçt şöbələrində qurulacaq monitorlar gələcəkdə regionları da əhatə edəcək.
Qeyd edək ki, bundan əvvəl də bir çox poçt şöbələrində monitorlar qurulmuşdur, lakin onlar müasir tələblərə cavab verməyib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL