waplog

Azərbaycanda poçt ticarətinin tətbiqi imkanları nəzərdən keçirilir


Azərbaycan dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycanda poçt ticarətinin tətbiqi imkanlarını nəzərdən keçirir. Bu barədə “ICTnews”-a müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, poçtla ticarət universal ticarətin yeni formasıdır. Burada  əsas məqsəd alınan malların haqqının poçt rabitəsi şöbələrində ödənilməsi imkanından ibarətdir.

Qeyd edək ki, məsafəli ticarət müasir poçt operatorlarının biznesinin inkişafında ən perspektivli istiqamətlərdən biridir. Ticarətin bu növünün perspektivliliyi internet şəbəkəsinin proqressiv inkişafı və istifadəçilərin kommersiyada informasiya texnologiyalarının tətbiqinə yüksək hazırlığından irəli gəlir.

Azərbaycanda poçt ticarəti xidmətinin tətbiqinin başlıca cəhəti idxal olunan malların gömrük sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi üzrə məsələlərin razılaşdırılmasıdır. Çünki xaricdəki ünvandan respublika ərazisindəki digər ünvana göndərilən beynəlxalq poçt bağlamaları idxal olunan mal kimi sənədləşdirmə prosedurundan keçməlidir.


RƏVAN

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL