Smartfonlar üçün “Full HD” formatlı ekran istehsalına başlanılıb
“Sharp” korporasiyası smartfonlar üçün nəzərdə tutulmuş 5 düymlü diaqonala malik yüksək keyfiyyətli ekran istehsalına başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, panellər “Full HD” formatına malikdir, onların təsvir ölçüsü 1920×1080 nöqtə təşkil edir. 1 düymdəki piksellərin sıxlığı 443 ppi təşkil edir. Bu göstərici “iPhone” smartfonlarında istifadə olunan “Retina” (326 ppi) ekranların müvafiq göstəricisini ötür.
Qeyd edək ki, “LG Display” şirkəti 2012-ci ilin mayında smartfonlar üçün 5 düymlü “Full HD” formatlı ekran təqdim etmişdi. Panel “AH-IPS” (Advanced High Performance In-Plane Switching) texnologiyası üzrə hazırlanmışdı, piksellərin sıxlığı 440 ppi təşkil edirdi.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL