Pentaqon sosial şəbəkələri nəzarətə götürüb
ABŞ Müdafiə Nazirliyi internetin sosial mühitə istiqamətlənmiş bütün xidmətlərinin aktiv tədqiqatını aparır. Pentaqon internet mühitdə effektiv təbliğat kampaniyalarını və potensial rəqiblərin təbliğatını izləyir. Bu barədə məlumat “TG Daily” Qərb portalı sayəsində məlum olub. Portal aydınlaşdırıb ki, bu yaxınlarda ABŞ hökuməti “Social Media in Strategic Communication” (SMİSC) adlı yeni təşəbbüsün icrasına başlayıb.
Təşəbbüsün mahiyyəti hərbçilərə internet istifadəçilərinin ünsiyyət saxlamağa və öz fikirlərini deməyə icazə verən sosial şəbəkədə, bloq və onlara oxşar sistemlərdə nəyin məşhur olduğunu aydınlaşdırmağa kömək etməkdir. SMİSC layihəsi Pentaqonun nəzarəti altında həyata keçirilir.
Lakin “Wired.com” portalının əməkdaşı Adam Ronslinin fikrincə, SMİSC layihəsi işinin həqiqi hədəfi və mövcudluğu ictimaiyyətdən gizlədilib. O hesab edir ki, bu təşəbbüs sadəcə, “Twitter”də və ya ona oxşar sistemlərdə yeni trendləri izləmək üçün yaradılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL