Su keçirməyən planşet istehsal edilib
Yaponiyanın “Fujitsu Electronics” şirkəti Tokioda keçirilən “Ceatec 2012” sərgisində “Arrows” planşetinin yenilənmiş versiyasını təqdim edib. Yenilik “Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyir, həmçinin su keçirməyən korpusa malikdir. Məlumat üçün bildirək ki, “Fujitsu” 2012-ci ilin yanvarında ABŞ-da keçirilən “CES 2012” sərgisində su keçirməyən planşetin “Android” versiyasını təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Arrows” planşetinin yeni versiyası 10,1 düymlü ekran, ön və arxa kameralar, “MicroSD” yaddaş kartları üçün slot, həmçinin ”MicroUSB” portu ilə təchiz edilib. Qurğu, həmçinin “LTE” rabitə standartını dəstəkləyir. Qeyd edək ki, “Android” versiyada bu imkan dəstəklənmirdi. Şirkət qurğunun rəsmi texniki spesifikasiyalarını hələ ki dərc etməyib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL