waplog

İT sənayesinin ən bahalı şirkəti hansıdır?


“Google” kapitallaşdırma dəyərinə görə “Microsoft”u ötüb və İT şirkətlər arasında ikinci yerdə qərarlaşıb. İnternet-nəhəng bu göstərici üzrə yalnız “Apple”-dan geri qalır. Analitiklər bildiriblər ki, internet-şirkətin kapitallaşdırma dəyərinin artması – bu, müasir cəmiyyətin internetləşdirilməsini və biznes fəaliyyətin əksər hissəsinin internet üzərindən həyata keçirilməsini əks etdirir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Google”-un kapitallaşdırma dəyəri 249.9 milyard dollar, “Microsoft”da isə 247.2 milyard dollar təşkil edir.

Qeyd edək ki, “Apple” texnologiya sektorunda ən bahalı şirkət olaraq qalır, onun kapitallaşdırma dəyəri 618,1 milyard dollar təşkil edir. “Google” və “Microsoft” şirkətlərinin kapitallaşdırma dəyərləri birlikdə belə “Apple”-ı ötmür.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL