waplog

FM dalğaları niyə eyni tezlikdə yayımlanmır?


Radioların müəyyən olunmuş tezliklə bütün ölkə ərazisində eyni qaydada yayımlanması texniki problemlər yarada bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevin sözlərinə görə, hər hansı bir bölgədə istifadə olunan  FM tezliyi yalnız həmin bölgədə deyil, elektromaqnit dalğalarının yayılması xüsusiyyətinə uyğun olaraq  digər bölgələrdə də nüfuz edir.”Yəni ANS ÇM radiosuna Bakıda 102 FM dalğasında qulaq asmaq olur.

Digər regionda isə o, mütləq başqa dalğada olacaq. Çünki onlar eyni dalğada olsa, bir-birini vuracaq”- deyən Q.Abdullayev  tezlik planlanması zamanı bu faktın nəzərə alındığını bildirərək regionlar üzrə eyni kanala müxtəlif tezliklər verildiyini qeyd etdi.

Qeyd edək ki, əvvəllər də bir çox problemlərlə qarşılaşan dünya dövlətləri eyni qaydalara riayət edərək müxtəlif tezliklərə üstünlük verirlər. 

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL