Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda elektron sənəd dövriyyəsinə keçəcək
Kənd Təsərrüfatı Nazirliyi bu yaxınlarda elektron sənəd dövriyyəsinə keçəcək. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, nazirlik daxilində elektron sənəd dövriyyəsini tətbiq etmək üçün artıq ilkin mərhələdə işlərə başlanılıb: «Proses gedir, sürətli şəkildə işlər həyata keçirilir. Yəqin ki, yaxın zamanlarda iş bitdikdən sonra bizim nazirlikdə də elektron sənəd dövriyyəsi tətbiq olunacaq».
Murtuzəli Hacıyev onu da əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi bu günə qədər 10-a yaxın elektron imza alıb. Onun sözlərinə görə, e-imza ilk növbədə rəhbər şəxslər üçün alınıb: «Yəni müavinlər, şöbə müdirləri və s. üçün elektron imzalar alınıb. Lakin bu proses davam etdirilir və qarşıdakı aylarda nazirliyin digər əməkdaşları üçün də e-imzalar alınacaq».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL