Alimlərin terapiya üçün hazırladığı qurğu doktoru əvəz edəcək
San-Dieqo şəhərində yerləşən “West Health” institutunda çalışan alimlərin hazırladığı proqram vasitəsilə xəstələr effektiv fiziki reabilitasiya kursu keçə biləcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, sistem “Microsoft Kinect” texnologiyasına əsaslanır və “Windows 7” əməliyyat sistemi quraşdırılmış fərdi kompüterə qoşulma tələb edir.Yeni həllin əsas üstünlüyü odur ki, o, xəstə ilə daim əlaqədə olur. İstifadəçi tapşırıqları yerinə yetirmək üçün məsləhətlər alır.
Proqramın həmmüəllifi Spenser Xatçins bildirib ki, bu həll bir çox insanlara əməliyyatdan sonra effektiv bərpa olunmaqda yardımçı ola bilər: "Bərpa terapiyasının əsas problemi onda idi ki, onu ya az edirlər, ya da ümumiyyətlə yerinə yetirmirlər".
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL