waplog

Smartfonlar həm “eşidəcək”, həm də “cavab verəcək”


Yaxın gələcəkdə smartfonlar hətta gözləmə rejimində olarkən belə sizi həm “eşidəcək”, həm də sualınıza “cavab verə” biləcək. Müvafiq texnologiya üzərində “Nuance Communications” şirkəti və mobil çip yaradıcıları işləyir. Hazırda passiv aparat texnologiyasının yeni variantı üzərində işlər aparılır. Bu texnologiya hətta “yatmış” smartfonlara belə o qədər də enerji sərf etmədən səs komandalarını eşitməyə imkan verəcək.
 
Bu gün əksər smartfonlar, o cümlədən “iPhone” və bir çox “Android”-aparatlar artıq səsin tanınması sistemini təklif edirlər, lakin bu funksiyanın işləməsi üçün aparatın özünü aktivləşdirmək, müvafiq səs proqram təminatını isə işə salmaq lazımdır. “Nuance Communications”dan bildirirlər ki, səs funksionalını hətta aparat “yatarkən” və səs üçün proqram işə salınmasa da, əlyetərli etmək niyyətindədirlər. Lakin burada həll edilməli bir sıra problemlər də var.
 
Əsas problemlər isə “yatma” rejimində enerji sərfinin optimallaşdırılması ilə əlaqəlidir. Burada digər məsələ smartfonun səs komandasını küydən ayırd etməyi öyrənməsindədir. “cybersecurity.ru” saytının məlumatına görə, smartfonun otaqdakı və ya küçədəki insanların deyil, məhz sahibinin səsinə reaksiya verməsinin təşkili də hələ ki, həllini tapmayan problemlər sırasındadır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL