waplog

Yeni smartfon brendi 2013-cü ildə bazara daxil olacaq


İnvestorlar əsası “Nokia”nın sabiq əməkdaşları tərəfindən qoyulmuş Finlandiyanın “Jolla Mobile” startapına “MeeGo” əməliyyat sistemi (ƏS) üzərində aparılan işlərin başa çatdırılması üçün 200 milyon avro veriblər. Şirkət “Sailfish” adlanacaq platformanı növbəti ilin yazından lisenziya üzrə yayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yeni ƏS ilə işləyən smartfonlar 2013-cü ilin sonunadək işıq üzü görəcək. “Jolla” startapına bir neçə şirkət sərmayə yatırıb. Şirkət tərəfdaşlarının adını hələ ki açıqlamır.Alyansın qərargahı Honkonqda yerləşəcək.

Məlumat üçün bildirək ki, “MeeGo” platformasını 2010-cu ildə “İntel” və “Nokia” şirkətləri birgə elan etmişdilər. 2011-ci ilin fevralında finlər platformanın sonrakı dəstəklənməsindən imtina etdilər. 2011-ci ilin martında “MeeGo” platformasının hazırlanmasında iştirak etmiş əməkdaşlar qrupu “Nokia”nı tərk edərək “Jolla” startapının əsasını qoydu.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL