Smartfonlar fərdi kompüterləri sıxışdırır
İstifadəçilər saytlara getdikcə daha çox mobil qurğular vasitəsilə daxil olurlar. "ComScore" analitik şirkətinin məlumatına görə, amerikalılar internetdəki hər səkkizinci səhifəyə cib qurğularından daxil olurlar.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin avqustunda ABŞ-da səhifələrə baxış sayının 13.3 faizi smartfon və planşetlərin payına düşüb. Bu göstərici ötən illə müqayisədə təxminən iki dəfə artıb.
İnternetdə məzmun istehlakının əsas mənbəyi fərdi kompüter olaraq qalır. İstifadəçilər 1 ay ərzində kompüter vasitəsilə 86,7 faiz sayta daxil olublar. Bununla belə, son bir neçə il ərzində bu göstərici 6,4 faiz azalıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL