waplog

“İntel” şirkəti “Ethernet” çip istehsalçısını alır


Məlumat mərkəzlərinin bütün növləri üçün mikroprosessorların təchizatçısı olmağa çalışan “İntel” korporasiyası “Fulcrum Microsystems” şirkətini əldə etmək niyyətində olduğunu bildirib. Qeyd edək ki, “Fulcrum Microsystems” şəxsi istehsal güclərinə malik olmayan özəl şirkətdir. Şirkət “Ethernet” kommutatorlar üçün mikrosxemlər hazırlamaqla məşğuldur. Onun əldə edilməsi “İntel” şirkətini nəzərdə tutduğu hədəfə daha bir addım da yaxınlaşdırmalıdır.
Mikroprosessor nəhənginin nümayəndələri bildiriblər, “Fulcrum” şirkətinin əldə edilməsi korporasiyaya öz server təkliflərini genişləndirməyə icazə verəcək. “İntel Architecture Group“un vitse-prezidenti və “Data Center Group” bölməsinin baş direktoru Kirk Skaugenin sözlərinə görə, “İntel” tədricən universal məlumat mərkəzləri üçün həllərin aparıcı təchizatçısına çevrilir. Yüksək məhsuldarlığa görə təsdiqlənən “Fulcrum Microsystems” şirkətinin “Ethernet” mikrosxemi qabaqcıl “İntel” prosessorlarına və “Ethernet” kontrollerlərə əlavə olacaq və müştəriləri məhsuldarlıq və enerji effektivliyinin yeni səviyyəsi ilə təmin edəcəklər. Sazişin maliyyə şərtləri haqqında məlumat verilmir.


www.dailycomm.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL