“Li-Fi”: verilənlərin işıq vasitəsilə simsiz ötürülməsi
Tezliklə “Wi-Fi” simsiz rabitəsinin alternativi meydana çıxa bilər. Belə ki, Edinburq Universitetində (Böyük Britaniya) çalışan mütəxəssislər professor Harald Haasın (Harald Haas) rəhbərliyi altında “Li-Fi” texnologiyasını hazırlayırlar.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Li-Fi” texnologiyası informasiyanın işıq vasitəsilə mübadiləsini nəzərdə tutur. Bunun üçün işıq diodu lampalarının (LED) işıqlanma intensivliyini yüksək tezliklə dəyişdirmək təklif edilir. Bu üsulla kodlaşdırılmış verilənlər paketinin qeydə alınması üçün xüsusi fotodetektor tətbiq edilir.
2011-ci ildə cənab Haas yüksək keyfiyyətli videonun stolüstü işıq diodu lampası vasitəsilə simsiz rabitə üzrə translyasiyasını nümayiş etdirib. O, nümayiş zamanı işıq axınının qarşısını ovucu ilə kəsib və translyasiya ani olaraq dayanıb.
Ötən il keçirilən nümayiş zamanı “Li-Fi”-in keçirtmə qabiliyyəti 10 Mbit/s təşkil etmişdi. Hazırda alimlər 130 Mbit/s nəticə əldə etməyə nail olublar.
Tədqiqatçılar bu sistemin bahalı komponent və ya hər hansı antena tələb etmədiyini bildiriblər. Lakin “Li-Fi” texnologiyası mühüm məhdudiyyətə malikdir: işıq mənbəyi və qəbuledici arasında birbaşa görünüş olmalıdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL