“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
“Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün müvafiq tədbirlərin həyata keçirilməsi işləri tapşırılıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən həmin Fərmanın ona aid olan bütün bəndlərinin icrası təmin edilib.
Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə DTXK-nın İnformasiya Texnologiyaları sektorunun müdiri Cavid Abdullayev məlumat verib. O bildirib ki, son zamanlarda göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsini təmin edən billinq sistemləri fəaliyyətə başlayıb, həmçinin, komitənin tabeliyində olan Bakı Kartoqrafiya Fabriki tərəfindən yeni elektron xidmət – “Xəritə və atlasların onlayn satışı” istifadəyə verilib.
S.Abdullayevin sözlərinə görə, DTXK-nın tabeliyində olan qurumların – Dövlət Yerquruluşu Layihə İnstitutunun, Dövlət Aerogeodeziya Müəssisəsinin, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin və Bakı Kartoqrafiya Fabrikinin yeni internet informasiya ehtiyatlarının hazırlanması prosesi yekunlaşıb: «Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Fərmanına uygun olaraq yeni yaradılacaq “ASAN xidmət” mərkəzlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən göstəriləcək xidmətlərin yüksək keyfiyyətinin təmin olunması ilə əlaqədar əməli tədbirlər həyata keçirilir.
Elektron xidmətlər və bununla əlaqədar yaradılan infrastrukturun gələcəkdə Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edəcəyinin nəzərə alınması baxımından müvafiq standartların yaradılmasına zərurəti meydana çıxıb. Bununla əlaqədar olaraq “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb və Azərbaycan Respublikasının “İSO/TC211-də P-member” statusunda üzvlüyü təmin olunub».
DTXK-nın BMT-nin Qlobal Geoməkan Məlumatları İdarəolunması üzrə Ekspertlər Şurasında və bir sıra digər nüfuzlu təşkilatlarda ölkəmizi təmsil etməyə başladığını vurğulayan C.Abdullayev onu da bildirib ki, ictimaiyyəti məlumatlandırmaq, vətəndaşların elektron xidmətlərdən istifadəsini stimullaşdırmaq məqsədilə görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində, dövri mətbuatda geniş isıqlandırılır: «Komitədə mövcud informasiya ehtiyatlarının tam elektronlaşdırılması və onların digər qurumların verilənlər bazaları ilə interoperabelliyinin təmin edilməsi ilə əlaqədar intensiv işlər davam etdirilir».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL