waplog

Operatorlar SMS xidmətlərindən daha az gəlir əldə edəcəklər


"Strategy Analytics" tədqiqat şirkətinin proqnozuna əsasən, 2012-ci ildə "SMS" və "MMS" kimi mesaj xidmətlərinə qlobal istehlak xərcləri pik nöqtəsinə çatdıqdan sonra tədricən azalmağa başlayacaq.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna əsasən, 2012-ci ildə istehlakçılar "SMS" və "MMS" göndərilməsinə təxminən 105 milyard ABŞ dolları xərcləyəcək.

Bu göstərici ötən illə müqayisədə yalnız 2,5 faiz çoxdur. Mobil operatorlar arasındakı rəqabət mübarizəsinin kəskinləşməsi, həmçinin alternativ rəqabət xidmətlərinin populyarlığının artması ilə əlaqədar mesajların ötürülməsi xidmətlərinə sərf edilən qlobal istehlak xərcləri azalacaq.

Buna görə analitiklər yaxın 5 il ərzində operatorların bu xidmətlərdən əldə etdiyi mədaxilin 12 faiz azalacağını hesab edirlər.

Operatorların "SMS" və "MMS" ötürülməsindən əldə etdiyi gəlirin  internetə çıxış imkanına malik smartfonların geniş yayıldığı regionlarda daha çox azalacağı qeyd edilib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL