waplog

Qlobal Elmi Cəmiyyətlə Partnyorluq


"Tomson Röyters" Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlamaqla və 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib.  Bu ilkin nəşrə sonradan sosial, incəsənət və humanitar sahələrdə digər vacib indekslər əlavə edildi. Daha sonra biz veb məkana çevrildik və 1996-cı ildə çoxfunksiyalı "Veb Elmlər" yaradıldı. "Tomson Röyters" elmi cəmiyyətin cari və gələcək tələblərinə cavab verə bilməyimizi təmin etmək üçün yeniliklər etməkdə davam edir.

Bu gün "Veb Elmlər" dünyanın ən yüksək nüfuzlu jurnallarında çap edilən və 100 ildən artıq məlumat toplularının əks olunduğu məlumat bazasından ibarət olan "Veb Bilik" platformasının bir hissəsidir. Dünyanın ən yaxşı elmi jurnallarının məlumatlarını verməkdən başqa, "Tomson Röyters" həm də bizim istifadəçilərimizə patentlər, konfransların protokolları, kitablar və digər mühüm əhəmiyyətli elmi tədqiqatları əldə etməyə imkan verir.

Hazırda 92 ölkədə 6.500-dən çox təşkilat ən əhəmiyyətli elmi ədəbiyyatları tapıb əldə etmək istəyən fakültə, tələbə və tədqiqatçılar daxil olmaqla elmi və tədqiqat müəssisələrinin bütün aspektlərinə kömək etmək üçün bizim resurslarımızdan istifadə edir. Həmçinin elmi jurnallara səmərəli məqalələr təqdim etmək istəyən müəlliflər, öz elmi araşdırmalarının nəticələrini öyrənmək istəyən təşkilat və hökumətlərdə çalışan vəzifəli şəxslər, eləcə də qərar verən şəxslər bu resurslardan istifadə edir. Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya bu elm aləmini başa düşmək, eləcə də fondların bölüşdürülməsi, kadr təminatı və digər bu kimi məsələlərdə qərar çıxarmaq üçün məhz "Tomson Röyters"in məlumat bazasına etibar edir. 

Onillərlə  biz inkişaf etmiş ölkələrdən dünyanın daha geniş yayılmış elmi cəmiyyətlərinə elmi məlumatların ötürülməsinə olan ehtiyacların şahidi olmuşuq. İnformasiyanın əvvəlkindən də daha geniş yayıldığı bir yerdə tələbələri və tədqiqatçıları ən vacib məlumatlarla təmin edən elmi ədəbiyyatlar uğur əldə etmək üçün mühüm amildir. "Tomson Röyters" dünyanın ən əhəmiyyətli informasiya bazasını daim fəaliyyətdə olan bilik bazasına çevirməyə kömək edir.

Bizim məlumatlara əsasən, araşdırma sahəsində aparılan əməkdaşlıq inkişaf mərhələsindədir və müştərək araşdırmalara həsr olunan məqalələr istinad təsirinin yüksək səviyyəsinə çatır. Dünya miqyasında alimlərlə əlaqə saxlamaq və araşdırma ilə bağlı materialları əldə etmək yerli araşdırmaların və nəticə etibarilə, araşdırmaların təsir həcminin artırılmasında bir vasitədir. Biz bu tendensiyanın bizim sifarişçilərdə əks olunduğunu müşahidə etmişik; belə ki, dünya miqyasında milyonlarla alim bizim məlumatlardan və mexanizmlərdən istifadə edib.
 
Biz çox zaman müşahidə etmişik ki, "Veb Elmlər"in və "Veb Biliklər"in cəmiyyətdə təqdim olunması araşdırma və elmi üstünlük missiyası ilə bir araya gəlib.
 
"Veb Elmlər"in  araşdırmaların məhsuldarlığına təsiri haqqında son iki nümunə olaraq  İspaniya və Polşanı göstərmək olar.
 
"Veb Elmlər" ölkə miqyasında 2004-cü ildə İspaniyada qəbul edilib. Belə ki, ölkə beynəlxalq elmi cəmiyyətdə mövcudluğunu genişləndirməyə cəhd göstərib. Onların "Veb Elmlər"də elmi araşdırmalarının həcmi artıq artmağa başlayıb. "Veb Elmlər"in təqdim olunmasından sonra illik buraxılışların həcmində nəzərdə tutulmuş artım müşahidə edilib. Ötən 8 il ərzində İspaniya öz araşdırmalarının həyata keçirilməsində əhəmiyyətli dərəcədə nailiyyətlər əldə edib. Faktiki olaraq, araşdırmaların həcmi bir neçə il bundan əvvəlki vaxtlara nisbətən hazırda ikiqat artıb. "Veb Elmlər"in mövcudluğu bu inkişaf yolunda mühüm rol oynayıb.
 
"Veb Elmlər" son onillikdə Polşada təqdim olunmuş və ölkə miqyasında 2009-cu ildə qəbul edilib. Bu ölkə artıq öz araşdırmalarını və yüksək təhsil infrastrukturunu genişləndirməyə başlayıb və "Veb Elmlər" ölkənin potensial imkanlarının gələcəkdə həyata keçirilməsində güclü vasitə olub. Ötən on ildən çox müddətdə Polşa tədqiqatçıları tərəfindən hazırlanmış və "Veb Elmlər"də dərc olunan materialların illik sayı ikiqat artıb.
 
Bu ilin əvvəllərində Rusiyanın Prezidenti Vladimir Putin "Dövlət Siyasətinin Elmdə və Təhsildə Tətbiq olunması Tədbirləri haqqında" fərman imzalayıb. Fərman, innovativ iqtisadiyyatın tələblərinə cavab vermək məqsədilə dövlət siyasətinin təhsildə və elmdə gələcəkdə gücləndirilməsinə və ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəldilib.
 
Ötən illər ərzində Azərbaycan tədqiqatında inkişafı böyük maraqla izləyirik. "Veb Biliklər" saytının məlumatına əsasən, dünyada ən çox nüfuzlu sayılan bir sıra jurnallarda Azərbaycan alimləri tərəfindən nəşr edilən elmi məqalələrin sayında dayanıqlı artım müşahidə olunur, eləcə də ölkəmizdən sitat gətirilmiş elmi məqalələrin sayında artım qeyd edilir.

Azərbaycan mütəxəssisləri və ali tədqiqat müəssisələri ilə birlikdə işlədikləri ötən bir neçə il ərzində "Thomson Reuters"in nümayəndələri bu ideyanın vacibliyini müzakirə etmək üçün Azərbaycana gəliblər və bu, gələcəkdə biliklərə əsaslanan cəmiyyətə çevrilmək istəyən ölkədə aparılan tədqiqatlara və innovativ layihələrin reallaşmasına necə kömək edə bilər?

Növbəti addım kimi bizim birgə səylərimiz nəticəsində dünya bilik siyahısına əlavə edilmiş Azərbaycandan olan ən yaxşı bəzi alimləri tanımaq məqsədilə Azərbaycan ictimaiyyəti ilə birlikdə 4 oktyabr 2012-ci ildə Baklıda keçiriləcək mühüm elmi mükafatlandırma tədbirində iştirak etmək imkanına malik olmaqdan məmnunuq.

Eyni zamanda, Azərbaycan tədqiqatçıları üçün "Veb Biliklər" saytına qoşulmanı müzakirə etməkdən fərəh hissi keçiririk. Bu, ölkənin elmi cəmiyyətinin bu gün ən əhəmiyyətli hesab edilən elmi sahələrə çıxışını və 20-ci əsrdən bu günə kimi elmin tarixi cəhətdən nəzərdən keçirilməsini təmin edəcək. Bu, tədqiqatlarınızın ən yaxşı necə istifadə olunması barədə informasiya ilə və daha böyük faydalar üçün sizin kiminlə əməkdaşlıq etməyinizi təmin edə bilər. Daha vacib məqam isə odur ki, "Veb Biliklər" saytı Azərbaycan elmi tədqiqatlarının qlobal elmi və tədqiqat cəmiyyətinə inteqrasiyası üçün mühüm mexanizm kimi xidmət göstərə bilər.

Biz qabaqcıl elmi tədqiqat, kəşf və yenilikləri dəstəkləmək məqsədilə "Veb Biliklər" saytına etibar edən elmi cəmiyyətə qoşulmaq üçün Azərbaycanla birlikdə bu müzakirələrdə iştirak etməkdən məmnunluq duyuruq. "Thomson Reuters" növbəti aylarda və illərdə Azərbaycan elmi cəmiyyəti ilə birgə işləməyə ümid edir.
 
Keit Mak Qreqor
"Tomson Röyters"in elmi tədqiqat üzrə icraçı vitse-prezidenti


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL