Azərbaycan nanotexnologiyalara həsr olunmuş Almaniya sərgisində təmsil olunub
ARDNŞ-in "Nanotexnologiyalar" Departamentinin əməkdaşları Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin İqtisadiyyat, Energetika, Tikinti və Nəqliyyat Nazirliyinin dəvəti ilə Dortmund şəhərində keçirilən nanotexnologiyalara həsr olunmuş 5-ci Beynəlxalq sərgi-konfransda iştirak ediblər.
"ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, sərgidə Almaniyanın 60-dan çox nanotexnologiya üzrə nüfuzlu mərkəz və təşkilatı təmsil olunub. ARDNŞ-in Nanotexnologiyalar Departamentində işlənmiş nanotexnologiyalar sərgidə xüsusi ayrılan guşədə nümayiş etdirilib və sərgi iştirakçılarının marağına səbəb olub.
Şimali Reyn Vestfaliya vilayətinin naziri xanım Svenya Şults və Dortmund şəhərinin "Sərmayə" agentliyinin direktoru cənab Udo Mager nümayiş olunan məhsullarla tanış olub, onlara həmin məhsullar haqda ətraflı məlumat verilib. Konfransda ARDNŞ-in nanotexnologiya sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş məruzə də maraqla dinlənilib.
Avropa Komissiyasının Elm və Tədqiqatlar üzrə Baş Direktoratının Nanoelm və Nanotexnologiyalar Departamentinin direktoru Kristos Tokamanis tərəfindən "SOCAR"-da işlənilmiş nanotexnologiyaların Avropa Birliyində 2020-ci ilədək "Nanotexnologiya sahəsində elmin inkişafı strategiyası"na daxil edilməsi istiqamətində dəyərli təkliflər verilib. Almaniya səfəri zamanı ARDNŞ-in "Nanotexnologiyalar" Departamentinin rəisi Eldar Şahbazov və departamentin nümayəndə heyəti ilə nanotexnologiya üzrə nüfuzlu iri şirkət təmsilçiləri arasında bir sıra işgüzar görüşlər də keçirilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL