“Binə” ticarət mərkəzinin poçt şöbəsində “Western Union” xidməti tətbiq ediləcək
“Binə” ticarət mərkəzində 5 saylı Poçt filialının 86 saylı poçt şöbəsi tərəfindən vətəndaşlara bütün poçt xidmətləri göstərilməsi imkanlığı var. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı filialın rəisi Qurban Hacıyev verib. Onun sözlərinə görə, bir qədər əvvəl istifadəyə verilən poçt şöbəsi kompüterləşdirildiyindən burada bütün xidmətlərin göstərilməsi həyata keçirilir.”Poçt şöbəsinə maraq böyükdür.
Burada çalışan vətəndaşlar telefon və kommunal haqlarını poçt şöbəsində ödəməklə işdən sonra paytaxtın poçt şöbələrinə getmək kimi əlavə problemdən yaxa qurtarıblar.Yaxın günlərdə poçt şöbəsində beynəlxalq pulköçürmə sistemi “Wesern Union” xidmətinin tətbiqinə başlanılacaq ki, bu da dünyanın istənilən yerinə pul göndərmək və qəbul etmək kimi üstünlüklər yaradacaq”- deyə filial rəisi bildirdi. O, daha sonra qeyd edib ki, poçt şöbəsində maliyyə xidmətlərinin göstərilməsi istiqamətində ilk xidmət kimi valyutadəyişmə məntəqəsi də fəaliyyətə başlayıb.
“Azərpoçt” MMC gələcəkdə bu poçt şöbəsinin bazasında yüklərin daşınması xidmətlərinin göstərilməsini tətbiq edə bilər.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL