waplog

“Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” adlı konfrans keçiriləcək


Oktyabrın 6-7-də İqtisadi İnkişaf Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə “I Beynəlxalq Şərab Festivalı” keçiriləcək. Festivalda rəsmi şəxslərlə yanaşı, yerli və xarici şərab istehsalçılarının iştirakı nəzərdə tutulur.

Fransanın dövlət rəsmiləri, aparıcı üzümçülük əyalətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti festivalda fəxri qonaq qismində iştirak edəcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Tədbir çərçivəsində “Üzümçülük və şərabçılığın inkişafı perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi-praktik konfrans, yerli və xarici şərab istehsalçıları arasında “İşgüzar görüş” təşkil ediləcək. Festivalın rəsmi açılışı 6 oktyabr tarixində saat 11:00-da Gəncə şəhəri, “Kəpəz” otelinin qarşısında keçiriləcək.


 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL