MTN elektron xidmətlər göstərmək üçün yeni server otağı istifadəyə verib
Mədəniyyət və Turizm Nazirliyi (MTN) elektron xidmətlər göstərmək üçün yeni server otağı tikdirərək istifadəyə verib. Bu barədə «ICTnews» elektron xəbər xidmətinə adıçəkilən nazirliyin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov məlumat verib. «Bu server otağı ən son texnologiya ilə təmin edilib. Onun vasitəsi ilə əhaliyə elektron xidmətlər daha keyfiyyətli şəkildə göstəriləcək».
Q.Abbasov onu da əlavə edib ki, MTN-in rəsmi internet səhifəsi (mct.gov.az) də yenilənib. Onun sözlərinə görə, yeni sayt digər dövlət orqanlarının internet səhifələrindən bir sıra üstünlüklərinə görə fərqlənir: «İndiki saytda funksiya çoxdur. Burada hətta hər hansı səhv gedibsə, bu barədə sayt vasitəsi ilə məlumat vermək olur. Alınan məlumat dərhal yoxlanılır və əgər göstərilən səhv təsdiqini taparsa, o, dərhal nazirliyin əməkdaşları tərəfindən düzəldilir».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL